• SOSİAL

    23:17 17 iyul 2020

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılıb, onlayn imtahan, müsabiqə və müsahibələrə icazə verilib. Dəyişikliyə əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması qüvvədə qalsa da, artıq onlayn qaydada təşkil edilməyən imtahanların keçirilməsinə də icazə verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR