Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadıldığı ərazilərdə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, SMS icazənin müddəti bu gündən 2 saatdan 3 saatadək artırılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.