• SOSİAL

    18:08 20 iyun 2020

Sərt karantin rejimində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləyəcək

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə APA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR