"Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu hazırda dünyada baş verən mənfi halların həllində vacib rol oynayır".
ONA-nın məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində keçirilən "Dinlərarası dialoq və dini müxtəlifliyin idarə edilməsi" akademik forumunda bildirib.
"Əgər biz bu haqda danışmasaq, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq qurmasaq, belə mənfi proseslərin qarşısını almaq mümkün olmayacaq. Biz hesab edirik ki, Azərbaycan dinlər, xalqlar və ölkələr arasında mədəniyyətlərarası dialoqun qurulmasında qabaqcıl rol oynayır" - deyə S.Məmmədəliyeva qeyd edib.
Onun sözlərinə görə, BMT baş katibinin ötən ilki hesabatında Bakı prosesinə, Bakıda hər iki ildən bir keçirilən mədəniyyətlərarası dialoq forumlarına xüsusi yer ayrılıb.