• SOSİAL

    01:40 17 fevral 2020

Seysmoloq: "Təşvişə ehtiyac yoxdur, hər iki zəlzələ zəifdir"

"Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb ( ml=3.0), bir neçə dəqiqə əvvəl Lənkəran-Lerik sərhədində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub".

APA xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı gün ərzində ölkəmizdə baş verən zəlzələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qeydə alınan hər iki zəlzələ zəif olub: "Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki rayon seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".

ONA

Teqlər:

SON XƏBƏRLƏR