• SOSİAL

    11:09 23 noyabr 2019

Şimal bölgəsində qarın hündürlüyü 22 sm-ə çatıb - FOTO - VİDEO

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

APA-nın şimal bürosunun xəbərinə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR