• SOSİAL

    00:39 17 dekabr 2019

Şirkətlərdə sosial iş yerlərinin sayına dair hədd artırılıb

İşəgötürənlər üzrə sosial iş yerlərinin sayı ilə bağlı müəyyənləşdirilmiş hədd artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Məşğulluq haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, indiyə qədər hər bir işəgötürən üzrə sosial iş yerlərinin ümumi sayının 5 faizindən çox olmamalı idi. Bundan sonra isə hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmamalıdır.

Bu vaxta qədər sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əmək haqqının məbləğinin 10 faizindən fərqlənə bilməzdi. Bundan sonra isə sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR