• SOSİAL

    13:47 12 aprel 2019

Siyəzəndə gimnaziyada insan alverinə qarşı mübarizəyə dair tədbir keçirilib

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən Şəhər inteqrasiya təlimli internat gimnaziyasında müəllim və şagirdlərin iştirakı ilə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib.

ONA xəbər verir ki, tədbirə Baş İdarənin əməkdaşı polis mayoru Elşən Həşimov, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev və gimnaziyanın direktoru Əminə Musayeva qatılıblar. Məruzəçilər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan şəxslərlə də qətiyyətli mübarizə apardığını bildiriblər.

Əminə Musayeva rəhbərlik etdiyi internat evi haqqında, şagirdlərlə qurulan ünsiyyət və onlara dövlətin diqqət və qayğısı haqqında məlumat verib.

Elşən Həşimov Baş İdarənin fəaliyyət istiqaməti və görülən işlər, aparılan əməliyyat -axtarış tədbirləri haqqında danışıb.

Ramiz Alıyev isə Azərbaycan dövlətinin insan alveri ilə bağlı həssaslığını, bu cinayətkarlıqla mübarizədə kəskin mübarizə aparıldığını vurğulayıb. Natiq bildirib ki, dövlət insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR