Azərbaycana təxliyə olunanlar arasında Ukrayna vətəndaşları da var.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
“Hazırda ölkədə 6700-6800 ukraynalı yaşayır. Onlardan təxminən 2800-ü son 15 gündə ölkəmizə daxil olub. Onlar arasında qaçqın statusu əldə etmək üçün müraciət edənlər də var. Amma bu say çox cüzidir. Ukrayna ilə Azərbaycan arasında əldə olunan sazişə əsasən vətəndaşların ölkədə qalma müddəti 90 gündür. Bu səbəbdən çox sayda müraciət müşahidə etmirik”, - Xidmət rəisi vurğulayıb.