• SOSİAL

    16:36 3 may 2019

Son 3 ildə ali məktəblərə və kolleclərə daxil olan əlillərin sayı 2,3 dəfə artıb

“Bu gün ali və orta ixtisas təhsil müəssisələrində 4500-ə yaxın əlilliyi olan şəxs təhsil alır”. ONA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, ölkə Prezidentinin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncamı ali və orta ixtisas təhsili, AMEA-nın magistr səviyyəsində ödənişli təhsil alan şəxslərə şamil ediləcək . Onların ödənişi dövlət tərəfindən maliyyələşdiriləcək, sağlamlıq imkanları məhdud şəxslərin maddi rifahının yaxşılaşıdırılmasına xidmət edəcək.

Nazir müavini deyib ki, 2015-ci ilə nisbətən 2018-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə daxilı olan sağlamlıq imkanları məhdud şəxslərin sayı 2,3 dəfə artıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR