• SOSİAL

    10:46 5 mart 2019

Son 5 ildə 600 baldan çox toplayanların sayı 81,3% artıb

Ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib.

ONA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqda hesabatında bildirilir ki, son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb.

“Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 5 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul imtahanlarından 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Ölkədə ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olub, bu göstərici 2018-ci ildə 41 min nəfər təşkil edib”, - deyə hesabatda qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR