• SOSİAL

    15:12 10 iyun 2019

"Son zəng"lə bağlı əmr imzalanıb

"Son zəng" tədbiri iyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrdə Azərbaycanın ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR