• SOSİAL

    15:53 12 aprel 2019

Sosial Tədqiqatlar Mərkəzinin Nizamnamə fondu müəyyənləşib

Sosial Tədqiqatlar Mərkəzinin Nizamnamə fondu müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə bu gün təsdiqlənən Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsində əksini tapıb.

Mərkəzin ilkin Nizamnamə fondu 100 min manatdır. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR