• SOSİAL

    18:29 25 fevral 2022

Srebrenitsa Anaları: "Soyqırımlarını unutmamalıyıq, keçmişi unudanın gələcəyi ola bilməz"

“Mən azərbaycanlıları çox yaxşı anlayıram, çünki sizin yaşadığınız hadisələr 1992-1995-ci illərdə Bosniya və Herseqovinanın da başına gəlib. Bu səbəbdən mən Azərbaycan xalqının ağrılarını çox gözəl başa düşürəm”.

APA xəbər verir ki, bunu Şuşada səfərdə olan Srebrenitsa Analar Cəmiyyətinin nümayəndəsi Suhra Sinanoviç deyib. O, Azərbaycanın, Bosniya və Herseqovinanın oxşar faciələr yaşadığını vurğulayıb: “Sizin ailələrin dərdini çox gözəl başa düşürəm. Mən də eyni ailələrdən biriyəm. Analara çağırış edirəm ki, siz bu tarixi unutmamalısınız. Hər il fevralın 26-da küçələrə çıxıb yürüş etməlisiniz. Dünyanın, mətbuatını diqqətini buna cəlb eləməlisiniz”.

Srebrenitsa Analar Cəmiyyətinin digər nümayəndəsi Munira Subaşıç Azərbaycanda da, Bosniya və Herseqovinada da soyqırımlarının 20-ci əsrin sonlarında baş verdiyini xatırladaraq faciələri unutmamağa çağırıb: “İşğaldan azad olan ərazilərə ayaq basanda bir daha başa düşdüm ki, bu, çox çətindir. Soyqırımı nə deməkdir mən başa düşürəm. Burda olmaq, bu dərdi sizinlə bölüşmək mənim üçün çətindir. Sizə bu torpaqlarda yaşayıb inkişaf etməyi arzu edirəm. Təəssüf ki, doğmalarını bu torpaqlarda itirənlər onları geri qaytara bilməyəcək. Amma biz gələcək nəsli elə böyütməliyik ki, onların qəlbində nifrət hissi oyanmasın. Biz onları sevgi ilə böyütməliyik ki, onlar gələcəkdə bu torpaqlarda da sevgi ilə yaşasın”.

O, Srebrenitsa faciəsinin dünyada həm də anaların fəallığı ilə tanındığını bildirib: “Ədalat məhkəməsində biz çıxış etmişik. Bu ədaləti artıq biz hamıya sübut etmişik. Bizim soyqırımımız dünyada tanınır. Siz azərbaycanlı analarını da susmamağa çağırıram. Siz mühüm qələbə qazanmısınız, arzu edirəm ki, bu torpaqlara qayıdıb, buranı inkişaf etdirəsiniz. Faciələri, soyqırımlarını isə unutmamalıyıq. İnsan keçmişini unutsa, onun gələcəyi ola bilməz. Amma bağışlamağı bacarmalıyıq. Gələcək nəsil nifrət hissi ilə böyüməməlidir”.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri bu gün Şuşada olub. QHT təmsilçiləri Şuşada erməni işğalının izləri ilə tanış olublar.

Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycana səfərə gəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR