Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.
ONA-nın yerli bürosunun məlumatına görə, mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb.
Evi təmizləyənlər otaqların birində maraqlı mənzərə ilə qarşılaşıblar. Belə ki, mənzilin bir otağında dini kitablar və “Qurani Kərim” kitabları aşkarlanıb.
Xatırladaq ki, 2-ci mikrorayon, bina 8/11 mənzil 25-də yaşayan Təranə Bəylərova evini zibilliyə çevirmişdi. Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etmişdilər.