Sumqayıtda 22 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA- nın yerli bürosuna açıqlamasında deyib ki, marşrut xəttinin bağlanmasına səbəb avtobusların hərəkət trayektoriyasında olan yolların dar və kənarında fərdi yaşayış evlərinin sıx yerləşməsidir.
İdarə rəisi bildirib ki, marşrutun keçdiyi yollar bərbad vəziyyətdə olduğundan həmin xəttə yeni avtobusların buraxılması mümkün deyil: "Bu səbəbdən də marşrut xəttinin fəaliyyəti dayandırıldı. Lakin ərazidə yaşayan sakinlər çox az məsafə qət edərək dayanacaqlara gəlib, şəhərin istənilən istiqamətində işləyən marşrut xəttlərindən rahatl şəkildə istifadə edə bilərlər".