Sumqayıtda 4 məktəbə yeni direktor təyin olunub
  • SOSİAL

  • 14:26 28 Mart 2019

Sumqayıtda 4 məktəbə yeni direktor təyin olunub

Sumqayıtda 4 orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, bununla da Sumqayıtda boş olan məktəb direktoru vəzifələrinin sayı 10-dan 6-ya enib.

Yeni təyin olunan məktəb direktorları bunlardır:

- Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb - Ülkər Valeh qızı Çəndirli;

- Sumqayıt şəhər 8 nömrəli tam orta məktəb - Şəlalə Əkrəm qızı Məmmədova;

- Sumqayıt şəhər 40 nömrəli tam orta məktəb - İlqar Məmmədağa oğlu Həbibov;

- Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb - Reyhan Şahverən qızı Yunisova.

Adı çəkilən şəxslər aprelin 1-dən direktor vəzifəsinin icrasına başlayacaqlar.

Ramil Zeynallı

Aytən Yusifova

Teqlər: Sumqayıt məktəb direktor