• SOSİAL

    13:42 27 aprel 2019

Sumqayıtda 80 ilin binaları uçmaq təhlükəsi ilə üzləşib - REPORTAJ

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsinin sakinləri hər axşam səksəkə içində yatırlar. Onlar yaşadıqları binaların aşacağından qorxurlar.

Sumqayıt şəhərinin salınmasına ötən əsrin 40-cı illərindən başlanılıb. Elə o zamanlar İnşaatçılar qəsəbəsinin Qara Qarayev və İlyas Əfəndiyev küçələrində alman əsirləri tərəfindən inşa olunan "Finski" adlanan evlərdə hələ də yaşayış var. Sakinlər istismar müddətini başa vurmuş yaşayış binalarının qəzalı vəziyyətdə olduqlarını deyirlər. Onlar bildirirlər ki, kiçik bir silkələnmə binanın önündən keçən istənilən şəxs üçün təhlükə mənbəyinə çevrilir.

Binaların girişlərinin divarlarında, tavanında çoxsaylı çatlar var. Sakinlər deyir ki, mənzillərdə yeridikcə, döşəmədəki əyriliklər hiss olunur.

Bəs aidiyyəti qurumlar nə deyir?

Sumqayıt şəhər İcra Hakimiyyətindən ONA-nın yerli bürosuna bildiriblər ki, gələcəkdə şəhərin baş planına uyğun olaraq istismar müddətin başa çatdırmış binaların yerində yeni memarlıq üslubu ilə yüksək mərtəbəli binaların tikilməsi nəzərdə tutulur.

Ramil Zeynallı

Ramil

Teqlər:

SON XƏBƏRLƏR