Sumqayıtda 99 yaşlı Qubadlı sakini peyvənd olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Sumqayıtda yaşayan Qubadlı rayonu, Padar kənd sakini 99 yaşlı Hamayıl Muxtar qızı Hüseynəliyevaya COVID-19 virusu əleyhinə peyvənd vurulub.
Peyvənd Sumqayıt həkimləri tərəfindən H.Hüseynəliyevanın yaşadığı evdə həyata keçirilib. O, hazırda özünü yaxşı hiss edir.