Ötən əsrin 70-80-ci illərində Sumqayıtın müxtəlif ərazilərində əkilmiş Cənubi Qafqaz qovağı kimi tanınan “Turanqa” ağaclarının şəhərdən köçürülməsinə başlanılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, buna səbəb həmin ağacların tozlanmasının əksər insanların səhhətində problemlər yaratmasıdır.
Şəhər sakinləri bununla bağlı aidiyyəti qurumlara müraciət edərək bu ağacların şəhər ərazisindən yığışdırılmasını xahiş ediblər.
Sumqayıt şəhər İcra hakimiyyəti sakinlərin şikayət ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.
Ümumi rəyə əsasən nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində olan allergiyaya səbəb olan ağaçların çıxarılaraq şəhərdən kənara aparılır. Onların yerinə isə başqa agaclar əkiləcək.
Qeyd edək ki, ağacdan tökülən ağ liflər şəhərin çirklənməsinə də səbəb olur. Bu liflər allergik, xüsusən də asma xəstələrinə çox pis təsir edir. Onlar insanlarda xoşagəlməz xəstəliklərin yaranmasına gətirib çıxarır.