“Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin əməkdaşları Sumqayıt şəhəri ərazisində abadlaşdırma və yaşıllıqların salınması məqsədilə birgə iməcilik keçiriblər.
ONA-nın yerli bürosu xəbər verir ki, iməcilik zamanı Etilen-polietilen zavodunun Azot-oksigen qurğusunun qarşısında xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində ümumilikdə 800 müxtəlif ağac növləri əkilib.
İməcilikdə “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin 100-dən çox əməkdaşı iştirak edib.