• SOSİAL

    17:27 25 may 2019

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılışı olub

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub.

ONA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Zamin Hüseynovun yüksək insani keyfiyyətlərindən, kimya sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Zamin Hüseynovun əziz xatirəsi heç zaman unudulmayacaqdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərkəzi küçələrindən birinə kimyaçı Zamin Hüseynovun adının verilməsi ilə bağlı imzalanmış sərəncamı mərhumun oğlu Emin Hüseynova təqdim edib.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR