Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xətti bağlanıb.
ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında marşrut xəttinin bağlanmasını təsdiq edib: "Marşrut xəttinin bağlanmasına səbəb yolların bərbad vəziyyətdə olması və ərazidə fərdi yaşayış evlərinin sıx tikilməsidir. Sakinlərin yaxın marşrut xətlərinin hərəkət etdiyi əraziyə çatdırılması üçün 2 avtobus ayrılıb. Bu avtobusların xidmətindən yararlana bilərlər".
Qeyd edək ki, 55 nömrəli marşrut xətti şəhərin mərkəzi bazarından "Ximstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib.