• SOSİAL

    02:29 3 aprel 2019

Sumqayıtda “Nəqliyyat könüllüləri” adlı ictimai qrup yaradılıb

Sumqayıtda ictimai nəqliyyat vasitələrində artıq tez-tez xüsusi geyimli tələbələrə rast gəlmək olur. Bunlar şəhərdə yaradılan “Nəqliyyat könüllüləri” dəstəsinin üzvləridir.

ONA-nın yerli bürosunun məlumatına görə, sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda-qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaq məqsədi ilə Sumqayıtda könüllülər qrupu yaradılıb.

Maarifləndirmə işində iştirak edən könüllülər qrup şəklində aidiyyəti qurumların əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparırlar.

Ramil Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR