• SOSİAL

    13:14 25 mart 2019

Sumqayıtda parkomatlar ləğv olunub - FOTO

Sumqayıtda müəyyən olunmuş ərazilərdə quraşdırılmış parkomatların sökülməsinə başlanılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, iki il öncə avtomobillərin intensiv olduğu müxtəlif yerlərdəki parkomatların çoxu artıq sökülüb.

Sumqayıtda 2017-ci ildə quraşdırılmış parkomatlarda qiymətləri bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manat idi.

Bildirilib ki, parkomatların sökülməsi Sumqayıtda müvəqqəti saxlama dayanacaqlarında tətbiq ediləcək yeni sistemlə bağlıdır. Yeni sistemə əsasən, avtomobili park edən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri balaca elektron cihazlarla parklanan avtomobili qeyd edəcək. Nəzarətçilərin ödənişi qəbul edə bilməsi üçün onlara yeni cihazlar veriləcək.

Ramil Zeynallı

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR