Sumqayıtda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb - [color=red]FOTO[/color]
  • SOSİAL

  • 01:10 16 Dekabr 2020

Sumqayıtda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb - FOTO

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində qurulmuş karantin postlarının birində “Nissan Sunny” markalı avtomobil saxlanılıb. 

Araşdırma nəticəsində avtomobili idarə edən Bakı şəhər Səbail rayonunda qeydiyyatda olan və hazırda  Sumqayıt şəhər Novxanı bağlarında yaşayan 41 yaşlı Seymur Nuriyevin aktiv koronavirus xəstəsi olduğu məlum olub. 

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən əraziyə tibbi briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR