• SOSİAL

    15:55 8 may 2019

Sumqayıtda yeni polis bölməsi yaradılır

Sumqayıt şəhərində yeni polis bölməsi yaradılır.

ONA-nın yerli bürosunun məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi açılacaq.

5-ci polis bölməsi şəhərin Sülh prospektində, Sumqayıtda yeni inşa olunan məhkəmə kompleksinin yanında olacaq. Yeni bölmə üçün inzibati bina da inşa edilir.

Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

Qeyd edək ki, hazırda Sumqayıt şəhər Polis İdarəsinin 4 bölməsi var.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR