Bu gün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində maraqlı reyd keçiriblər.
ONA-nın məlumatına görə, reyd zamanı xanım sürücülər və piyadalar saxlanılsa da, onlar cərimələnməyiblər.
DYP əməkdaşları xanım sürücü və piyadalarla maarifləndirici söhbətlər apararaq onları yol hərəkəti qaydalarına pozmamağa dəvət edib, qayda pozuntusunun insan faciəsinə səbəb ola biləcəyi diqqətə çatdırılıb. Daha sonra isə xanım sürücü və piyadalara DYP tərəfindən gül və hədiyyələr verilib.
Bununla yanaşı, polis əməkdaşları şəhərin təmizliyi ilə məşğul olan xanımları da unutmayıblar. Ümumilikdə reyd zamanı 20-yə yaxın xanımın 8 Mart Beynəlxalq Qadınlar günü təbrik edilib və gələcək işlərində uğurlar arzulanıb. Tədbirdə yol polisin əməkdaşları ilə yanaşı, uşaqlardan ibarət polis qrupu da iştirak edib.
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də ənənəvi Sumqayıtda xanım sürücülərlə bağlı belə bir tədbir keçirilib .