• SOSİAL

    13:37 2 aprel 2019

Sumqayıtdakı “Şərq bazarı”nın sahibkarları sökülən obyektlərinin bərpasını istəyir - FOTOSESSİYA

Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətdən şikayətçidirlər.

Sahibkarlar ONA-nın yerli bürosuna bildiriblər ki, 2017-ci ilin may ayında “Şərq bazarı”nda 66 sahibkara məxsus ticarət obyektləri sökülüb.

Həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyi vəd edilib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş üstə daş qoyulmayıb. Sahibkarlar dükanların sökülməsindən 2 il keçdiyini, amma hələ də onların xeyrinə bir irəliləyiş olmadığını söyləyirlər.

Sahibkarlar şəhər rəhbərliyinə müraciət edib. Hər dəfə onlara problemin tezliklə həll ediləcəyi deyilsə də, heç bir nəticəsi olmayıb.

Söküntüdən sonra onlara 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: “İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”.

Həmin müddətdən isə 2 ilə yaxın vaxt keçib.

Şikayətçilər Prezident Administrasiyasına da müraciət ediblər. Oradan isə onlara problemlərinin yaxın zamanlarda həllini tapacağı ilə bağlı ümidverici vəd veriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün həmin sahibkarlar qəbul edilib. Mövcud vəziyyət müzakirə olunub və ərazidə tikinti işlərinin aparılması istiqamətində ümumi razılıq əsasında müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Ramil Zeynallı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR