• SOSİAL

    08:23 15 aprel 2019

Sumqayıtın ikinci girişində güclü tıxac müşahidə olunur - FOTO

Sumqayıtın ikinci girişi sayılan "Daş bazarı" istiqamətində ciddi tıxac yaranıb.

ONA-nın yerli bürosunun məlumatına görə, Saray körpüsü istiqamətində gedən yol tamamilə bağlanıb.

Bildirilir ki, belə vəziyyət artıq 1 saata yaxındır ki, davam edir. Bu yolla paytaxta iş dalınca gedənlər yolda qalıb və nəqliyyatın hərəkəti tamamilə iflic olub. İnsanlar piyada getmək məcburiyyətində qalıblar.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR