• SOSİAL

    10:59 8 yanvar 2023

Şuşa, Kəlbəcər və Laçına yenə qar yağacaq, duman olacaq

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

ONA-nın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bu gün - yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir.

Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR