Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
  • SOSİAL

  • 10:44 06 Sentyabr 2019

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən xəbərə görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

 

ONA

Teqlər: kollec imtahan DİM

OXŞAR XƏBƏRLƏR