“Biz daha çox lokal qapanmalara gedirik”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.