Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlara müraciət edib.
ONA xəbər verir ki, TƏBİB-in müraciətdə bildirilir ki, artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırır.
Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87.
Telefonlar:
907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.