Bu gün Azərbaycanda 5309 koronavirus testi həyata keçirilib.
APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bu gün daha 2 nəfər koronavirus infeksiyasından ölüb, 67 nəfər isə bu virusa yoluxub.
Məlumata əsasən, ümumilikdə 169 790 test keçirilib. Reanimasiyada olan xəstə sayı 22, süni tənəffüs cihazında olan xəstə sayı 12 nəfərdir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2127, virusdan ölənlər 28, sağalan xəstə sayı 1536, aktiv xəstələrin sayı isə 563 nəfərdir.