"Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir".
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır: "TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.
Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".