• SOSİAL

    18:35 23 noyabr 2022

TƏBİB jurnalist Səbuhi Məmmədlinin səhhəti barədə açıqlama yayıb

“Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub. Özünün də qeyd etdiyi kimi, tibbi xidmətlərlə yanaşı, kifayət qədər diqqət və qayğı ilə də əhatə olunub”.

ONA xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilovanın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib: "Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.

Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir. Nəzərdə tutulan əməliyyatı üçün bu gün zəruri müayinə və analizlərdən keçib. Sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə sabah əməliyyat olunması planlaşdırılır.

Dəyərli həmkarımıza şəfa diləyir və onu da qeyd etmək istəyirəm ki, çoxsaylı jurnalist həmkarlarımız, çalışdığı kollektiv, rəhbərliyi, Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi Səbuhi Məmmədlinin səhhəti ilə daim maraqlanır və tibb personalın nəzarəti altında onu ziyarət edirlər".

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az-ın əməkdaşıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR