• SOSİAL

    14:43 3 aprel 2022

TƏBİB sədri Vüqar Qurbanov Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib - YENİLƏNİB

Həkimlər xəsarət alan şəxslərin vəziyyətinin bərpa olunması ilə bağlı ciddi səylə çalışırlar. Yaralıların müalicəsi davam etdirilir.

APA xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Bakıda gecə klubunda baş vermiş partlayışda xəsarət alanların səhhəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.

"Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib", - Vüqar Qurbanov deyib.

***

14:12

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində tibb müəssisələrinə 37-yə yaxın xəsarət almış şəxs daxil olub.

APA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

"Hadisə baş verən əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar tibb müəssisələrinə yerləşdirilib. Stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb", - o qeyd edib.

Sədr əlavə edib ki, xəsarət alan şəxslər Respublika Klinik xəstəxanası, Nərimanov, Sabunçu xəstəxanalarına yerləşdirilib. Yanıq mərkəzinə olan müraciətlər daha çoxdur. Bəzi şəxslərdə travmatoloji xəsarətlər də var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR