Azərbaycanda dərslik hazırlığına mənfi təsir göstərən amillər açıqlanıb.
ONA-nın xəbərinə görə, Təhsil İnstitutunun "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, ixtisaslaşmış peşəkar nəşriyyatların, müəlliflərin azlığı, müasir dərslik nəzəriyyəçilərinin yoxluğu dərslik hazırlığına mənfi təsir göstərən amillər sırasındadır.
Z. İsayev qeyd edib ki, Azərbaycanda peşəkar dərslik müəllifi yoxdur.
Layihə rəhbəri onu da vurğulayıb ki, 2020-ci ildə I siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənlərindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi planlaşdırılır: "Layihə sınaq mərhələsindədir. Həmin dərsliklər 2 hissəli olacaq. Birinci hissə I yarımil, ikinci hissəsi isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Pilot layihə uğurlu olacağı halda mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tətbiq olunacaq".