Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.
ONA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq olaraq qanuna təklif edilən digər dəyişiklik təhsil sahəsində dövlətin vəzifələri sırasına "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ni daxil etməkdir.
Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.