• SOSİAL

    22:11 25 noyabr 2020

Təhsil müəssisəsi nəzdində ödənişli əsaslarla dərnəklər təşkil edə biləcək

Təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola biləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.

Həmçinin qanuna görə, təhsil müəssisəsi işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR