• SOSİAL

    11:12 15 dekabr 2020

Təhsil naziri: “27 sentyabrdan Ermənistan ordusunun hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb”

Cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird isə yaralanıb.

ONA xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin açıqladığı məlumata görə, bu barədə təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunmuş onlayn konfransda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR