• SOSİAL

    17:23 27 avqust 2020

Təhsil naziri: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”

“Bağçalar və məktəbəqədər təhsil işləyən anaların işinə təsir edən amildir”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin: “İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR