Təhsil Nazirliyi tələbə yataqxanalarında görülən işləri açıqlayıb.
ONA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov media nümayəndələri üçün keçirilən təlimdə deyib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 800 nəfərlik tələbə yataqxanası istismara hazırdır. Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının isə əsaslı təmir-tikinti işlərinə başlanılıb.
X. Qasımov qeyd edib ki, sentyabrda Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək: "Bundan başqa, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır".