“Hazırlıq qrupları ali təhsil müəssisələrinin müraciətləri əsasında onların bazasında yaradıla bilər”.
Bu barədə ONA-nın hansı ali təhsil müəssisələrində bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil ediləcəyi ilə bağlı sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.
Qeyd olunub ki, hazırlıq qrupları ali təhsil müəssisələrinin müraciətləri əsasında onların bazasında yaradıla bilər.
Qeyd edək ki, Ötən il Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiqləyib. Qərara əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək.