• SOSİAL

    12:10 30 may 2019

Təhsil Nazirliyi: "İkili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb"

"İkili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb".

ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ""2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər" mövzusunda təqdimat zamanı deyib.

Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına başa gələcək.

Şöbə müdiri bildirib ki, xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub.

N. Məmmədli qeyd edib ki, Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR