• SOSİAL

    13:12 2 mart 2020

Təhsil Nazirliyi: Koronavirus təhlükəsinə görə məktəblərin bağlanması barədə qərar yoxdur

"Bu günlərdə ən çox müzakirə olunan məsələ təhsil müəssisələrinin bağlanması məsələsidir. Bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov koronavirus təhlükəsi səbəbindən məktəblərin bağlanması ehtimalı ilə bağlı bildirib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar və ya müvafiq tapşırıq olarsa, məlumat veriləcək.

Cəsarət Valehov deyib kİ, koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib.

Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, bu proses növbəti günlərdə də davam edəcək: "Təhsil Nazirliyinin Aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7 gün 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb, əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb".

ONA

Teqlər:

SON XƏBƏRLƏR