• SOSİAL

    13:33 14 mart 2019

Təhsil Nazirliyi pedaqoji işçilər üçün III qrant müsabiqəsi elan edib

Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.

ONA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir: "Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir”.

E.Əmrullayev bildirib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlana bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR