Təhsil Nazirliyi şagirdlərin etiraz aksiyası ilə bağlı videoya aydınlıq gətirib
  • SOSİAL

  • 14:45 01 May 2019

Təhsil Nazirliyi şagirdlərin etiraz aksiyası ilə bağlı videoya aydınlıq gətirib

“Bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan video görüntü 25 aprel tarixinə aiddir”.

ONA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki səhifəsində məlumat verib.

O qeyd edib ki, K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə daxili araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb.

Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib.

Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb.

Hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir.

Qeyd edək ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyinə yeni direktor təyin olunmasına şagirdlərin etiraz etməsi ilə bağlı video yayılıb.

 

OXŞAR XƏBƏRLƏR