• SOSİAL

    12:13 30 may 2019

Təhsil Nazirliyi Türkiyənin Azərbaycanın 3 universitetinin diplomlarını tanımayacağına dair xəbərlərə münasibət bildirib

Təhsil Nazirliyi Türkiyənin Yüksək Öyrətim Kurulunun Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Texnologiya Universitetinin diplomlarını tanımayacağı barədə məlumatlara münasibət bildirib.

ONA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, Türkiyə tərəfindən bu məsələ ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb.

"Əgər bu məsələ ilə bağlı bizə rəsmi bir müraciət daxil olarsa, bu məsələni araşdıracağıq", - N. Məmmədli qeyd edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR